Çörək maşını əlillərin yolunu kəsdi
2 051 views
Latest news
99 XZ 927 dövlət qeydiyyat nişanlı yük avtomobilin Nizami metrostansiyası yaxınlığındakı marketə çörək gətirərkən yol hərəkəti qaydalarını pozduğunu əks etdirən video sosial şəbəkələrdə paylaşılıb. Belə ki, sürücü marketə çörək vermək üçün avtomobili fiziki məhdudiyyətli şəxslərin və uşaq arabalarının keçməsi üçün nəzərdə tutulan pandusdan səkiyə daxil edib. Sözsüz ki, bu hal həmin ərazidən keçən piyadaların hərəkətinə maneə olur. Xatırladaq ki, bu hala görə İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə 40 manat cərimə nəzərdə tutulub.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.