Çimərliklərdə nəzarət gücləndirilib
88 views
Latest news
Çimərliklər sərt karantin rejimindən sonra açıldığı andan etibarən artıq müəyyən qaydalar üzrə fəaliyyət göstərir. İnsanlar çimərlik.az saytına müraciət etmədən Çimərliyə getməməlidirlər bu sıxlıq və təhlükə yaradır. Çimərliyə daxil olarkən mütləq şəkildə vətəndaşların temperaturu yoxlanılır, daha sonra içəri buraxılır. Əgər həmin çimərlik üçün doluluq səviyyəsi,limiti keçibsə o zaman çimərliyə daxil olmaq mümkün deyil. Həftə sonları içtimai nəqliyyatın fəaliyyəti dayandırılsada çimərliklərə üz tutanlar az deyil. Buna baxmayaraq çimərliklər qaydalara və kvotalara uyğun vətəndaşları qəbul edir. Çimərliklərdə təmizlik və təhlükəsizlik tədbirləri gücləndirilib. Vətəndaşlar çimərlikdə yaradılan şəraitdən və ən əsası görülən təmizlik və təhlükəsizlik tədbirlərindən razı qaldıqlarını bildirdilər. Bakı Şəhər İcra Həkimiyyətinin rəsmisi İntiqam Məmmədov bildirdi ki, Çimərliklərdə gigiyenik qaydalara ciddi riayət olunur və çimərliklərdə dezinfeksiyaedici məhlullar qoyulub. Bununla yanaşı insanların ara məsafəsini qoruması üçün Asan könüllüləri ərazi boyu gəzərək səsli anonslar səsləndirirlər. Qeyd edək ki, çimərliklərdə də 5 nəfərdən artıq toplaşmaq qadağandır.Vətəndaşlar səhər 8-dən axşam 9-dək çimərliklərdən istifadə edə bilərlər.Həyata keçirilən bu qaydalar isə vətəndaşları narahat etmir.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.