EN
Upload video

Çimərlikdə bu dəfə "Prado" sürdülər

846 views Latest news
Bakı çimərliyində daha bir avtomobilin iştirakı ilə acınacaqlı mənzərə ortaya çıxıb.
Yeniavaz.com Avtosfer.az-a istinadən xəbər verir ki, sözügedən görüntülərdə “Prado” markalı avtomobilin sürücüsünün maşını dənizin içərisində sürdüyü, bununla da vətəndaşların istirahətini pozduğu, həmçinin həyati təhlükə yaratdığı görünür.
Sürücü qayda pozarkən avtomobilinə sərnişin də mindirib. Yeniyetmə avtomobilin çöl tərəfində, ayaqlıq hissəyə çıxaraq dənizdə şou göstərib.
Qeyd edək ki, ötən ay çimərlikdə asayişi pozduqları üçün bir neçə sürücü cərimələnmişdi. Yol polisi xəbardarlıq etmişdi ki, bu əməli törədənlər cəzalandırılacaq.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.