EN
Upload video

Camış ağ bala doğdu

329 views Latest news
Şabranda qeyri-adi hadisə, ağ çamış balası doğulub Uzun illərdir heyvandarlıqla məşğul olan Şabran rayonu Qaraqaşlı kənd sakini Sehran Əliyevin təsərrüfatında ağ camış balası doğulub. 20 ildən çoxdur camış saxlayan fermer camışın ağ bala doğması ilə ilk dəfədir rastlaşdığını deyir. O, yeni doğulan qeyri-adi camış balasının normal qidalandığını bildirib. Şabran rayonunda yerləşən camışçılıq təsərrüfatlarında ağ camış balasının doğulması nadir hadisə hesab edilir. Keçmiş sovet dövründə Azərbaycan camışı “qara mirvari”i adlandırılmaqla yanaşı, Cənubi Qafqazda olan camışların 70 faizini təşkil edib. Camışlar nadir hallarda ağ rəngli bala verir. Mütəxəssislər ağ doğulan balaları “albinos” camışlar adlandırır. Bu növ heyvanlar uzun yaşamır və ümumiyyətlə bala vermirlər.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.