EN
Upload video

Büdcə qaydasında dəyişiklik olunur

4 views Latest news
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Dəyişikliklə qanunun tərkib hissəsi olan büdcə qaydası dəyişdirilir. Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, büdcə qaydasında mövcud olan icmal büdcə xərclərinin yuxarı həddinə və xərclənə bilən neft gəlirlərinə məhdudiyyətlərin aradan qaldırılması, əvvəlki qaydada mövcud olan 1 məhdudiyyətin (qeyri-neft baza kəsirin qeyri-neft ÜDM-nə nisbəti) saxlanılması, eləcə də dövlət borcunun ÜDM-ə nisbəti ilə bağlı yeni limitin müəyyən edilməsi nəzərdə tutulub.

Real TV

Dəyişiklik layihəsi səsvermədən sonra birinci oxunuşda qəbul edildi.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.