EN
Upload video

Büdcə müzakirələri başlayıb

3 views Latest news
Milli Məclis 2023-cü ilin dövlət büdcəsinin müzakirəsinə başlayıb. Üç gün davam edəcək iclasların ilk günündə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova dedi ki, dövlət büdcəsinin gəlirlərinin və xərclərinin ildən-ilə artması ölkəmizin ardıcıl və dinamik inkişafını müəyyənləşdirən ən mühüm amillərdən biridir.

Spiker bildirdi ki, 2023-cü ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib. Ənənəyə uyğun olaraq parlamentdə təmsil edilən siyasi partiyaların rəhbərləri və nümayəndələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına dəvət olunub və iclasda öz fikirlərini ifadə etməsi üçün şərait yaradılıb.

REAL

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.