EN
Upload video

Bu, qiyamətin əlamətidir?

357 views Latest news
Son zamanlar dəyişən iqlim şəraiti Səudiyyə Ərəbistanına da öz təsirini göstərib.


Oxu24.com xəbər verir ki, Səhra havası əvəzinə yaz havasının təsirli olduğu Təbuk şəhərində yağış sularının səhra qumlarını yuduğu anın görüntüləri böyük əks-səda doğurub. Videonu izləyənlər “Bunlar qiyamətin əlamətləridir” şərhini yazıblar.

İqlim şəraitinin dəyişməsi, göllərin və bəndlərin quruması dünyanı yeni təhlükəyə sürükləyir. Bir çox ölkədə təsirli olan quraqlıq, yaxın illərdə yaşanacaq su böhranının az qala xəbərçisidir.

Səudiyyə Ərəbistanının Təbuk şəhərində qeydə alınan görüntü görənləri heyrətə gətirir. Səhra iqliminin təsirli olduğu şəhərdə bu il yaz havası üstünlük təşkil edib.

Həmin videonu təqdim edirik:

Hazırladı: Aynurə Məcidova

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.