EN
Upload video

BTQ-nin ilk sərnişin qatarı

18 views Latest news
Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək qatar artıq Bakıdadır.

Sərnişin qatarı İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunub.

Qatarda doqquz sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.