EN
Upload video

Bəxtiyar Hacıyevlə bağlı işgəncə iddiası parlamentdə

8 views Latest news
İctimai fəal Bəxtiyar Hacıyevin aprelin 21-də naməlum şəxslər tərəfindən işgəncəyə məruz qalması ilə bağlı iddiasına Milli Məclisin iclasında da münasibət bildirilib.

Millət vəkili Bəhruz Məhərrəmov deyib ki, bu iddia hərtərəfli araşdırılmalıdır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov REAL-a bildirdi ki, Bəxtiyar Hacıyevin şikayəti ilə əlaqədar cinayət işi başlanıb və araşdırmalar davam etdirilir. Bəxtiyar Hacıyevin özü isə iddia edir ki, polis araşdırmaları ləng aparır, sübutlar toplamaqda maraqlı deyil. Ehsan Zahidov bu iddianı əsassız sayır.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.