EN
Upload video

Bəhram Bağırzadə ilə bağlı həkimdən son açıqlama

2 394 views Latest news
“Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı proqnoz vermək çox çətindir”. Bunu Oxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib. O bildirib ki, son bir neçə gündür Əməkdar artistin vəziyyətində heç bir ciddi dəyişiklik müşahidə edilmir: “Səhər saatlarına olan məlumata görə, Bəhram Bağırzadənin vəziyyəti hələ də ağırdır. Bir neçə gündür ağır-stabil olaraq qalır. Hər hansı istiqamətdə proqnoz verməyimiz üçün çox tezdir”. Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. Vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər onun ECMO cihazına qoşulmasına qərar verib. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.