EN
Upload video
Baş nazir polislərlə bağlı qərar imzaladı

This video cannot be played right now.

Baş nazir polislərlə bağlı qərar imzaladı

1 456 views Latest news
"Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası"na dəyişiklik edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə hesablanacaq.

"Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”, "Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”, "Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında” və "Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”na da eyni məzmunda dəyişikliklər edilib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.