EN
Upload video

Bakıda toyda kütləvi dava düşdü

2 341 views Latest news
Bakı şəhərində keçirilən toy məclisində kütləvi dava olub.

Sfera.az Criminal.az xəbər verir ki, dava Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ”Kristal” şadlıq sarayında baş verib.

Toy məclisində başlayan dava daha sonra şadlıq sarayının həyətində daha da böyüyüb. Məclisində iştirak edən yüzə yaxın qonaq əlbəyaxa olub.

Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinin əməliyyat qrupu gəlib. Polisin müdaxiləsindən sonra dava edən şəxslər sakitləşdirilib.

Davanın hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə yerindən çəkilmiş videogörüntünü təqdim edirik:

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.