EN
Upload video

Bakıda “qoçu” xanım sürücü peyda oldu

243 views Latest news
Bakıda “qoçu” xanım sürücü peyda olub.
Yenilik.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda (Masazır dairəsində) baş verib.
Belə ki, 77-AF-960 qeydiyyat nişanlı “Mazda” markalı avtomobilin sürücüsü öncə manevr qaydasını pozaraq görüntünü qeydə alan sürücüyə maneə yaradıb. Sürücü təhlükə yarandığını görən zaman ona səs siqnalı ilə xəbərdarlıq edib. Bundan qəzəblənən xanım sürücü görüntünü qeydə alan avtomobilin arxasınca gedərək onun qarşısını kəsib, daha sonra avtomobilin banına zərbələr endirib.
Sürücü buna əhəmiyyət verməyib yoluna davam etsə də, xanım sürücü bu hərəkəti davamlı şəkildə törətməyə başlayıb.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.