EN
Upload video

Bakıda məktəblər belə dezinfeksiya edilir

129 views Latest news
Koronovirusa qarşı qabaqlayıcı tədbirlə çərçivəsində təhsil ocaqlarınındezinfeksiya prosesi davam edir. Bu dəfə Xəzər rayonu Buzovna qəsəbəsində 5 nömrəli peşə təhsili müəssisəsində dezinfeksiya işləri aparılıb. Media nümayəndələri prosesi izləyiblər.

Koronovirusla bağlı Buzovna qəsəbəsində 5 saylı peşə məktəbində dezinfeksiya işləri aparılıb.

Təhsil müəssisələrinin tətil elan olunmasında əsas məqsəd bu müddət ərzində təhsil müəssisəslərində tibbi proflaktik sanitar epidomoloji tədbirlərin intensivləşdirilməsidir. Bütün təhsil müəssisələri, orta, ümumtəhsil və eləcə də peşə məktəbləri koronovirusdan qorunmaq məqsədilə dezinfeksiya olunur.

Qeyd edək ki, təhsil ocaqlarında koronovirusla bağlı görülən işlər bütün ölkəni əhatə edir. Nazirlik rəsmisi bildirib ki, dezinfeksiya işləri tətil bitənə qədər, yəni mart ayının 10-a kimi bütün ölkədə yekunlaşdırılacaq.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.