Bakıda manyak peyda olub
648 views
Latest news
Bakıda manyak peyda olub Bakıda məktəbli qızın oğurlanması barədə sosial şəbəkədə məlumatlar yayılıb. Hadisə Binəqədi rayonu "Çermet" adlanan ərazidə, Əliyar Əliyev küçəsində qeydə alınıb. İddiaya əsasən, bir kişi 5-ci sinifdə oxuyan qızı qaçırmaq istəyib. Məlumatda bildirilir ki, bu həmin şəxsin ikinci cəhdidir. Bundan əvvəl 8-ci sinifdə oxuyan başqa bir qıza qarşı da eyni hərəkətləri edib. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Lent.az-a bildirib ki, faktla bağlı polis əməkdaşları araşdırmalar aparıb. Nəticədə görüntülərdə qeyd olunan şəxsin azyaşlı qızın öz atası olması müəyyənləşib. Şöbə rəisinin sğözlərinə görə, hazırda qız atasının yanındadır və heç bir təhlükəli hal yoxdur.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.