EN
Upload video

Bakıda avtobus sürücüsü saxlanılıb

9 views Latest news
Narkotik vasitənin təsir altında marşrut xətti üzrə avtobus idarə edən şəxs saxlanılıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Həzrətquliyev Kənan Aftandil oğlunun qanunazidd əməllərinin qarşısı alınıb.

Belə ki, “İSUZU” markalı avtobusun sürücüsü Kənan Həzrətquliyev Ekoloji Nəzarət üzrə Yol Polis Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı Kənan Həzrətquliyevin narkotik maddə qəbul etdiyi müəyyən edilib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.