EN
Upload video

“Azovstal”dan çıxarılan ukraynalı hərbçilərin görüntüləri

643 views Latest news
“Ali rəhbərlik Mariupolun müdafiəsini dayandırmaq əmrini verib”.

Oxu24.com xəbər verir ki, bunu Ukraynanın “Azov” alayının komandiri Denis Prokopenko videomüraciətində deyib.

Onun sözlərinə görə, həlak olan hərbçilərin nəşi Ukraynanın nəzarəti altında olan əraziyə təhvil veriləcək:

“Mülki sakinlər təxliyə edilib. Ağır yaralılara lazımi yardım göstərilib, onlar gələcəkdə dəyişdirilərək Ukraynanın nəzarətində olan əraziyə çatdırılmaqla təxliyə edilib. Ölən qəhrəmanlara gəlincə, proses davam edir. Ümid edirəm ki, yaxın gələcəkdə döyüşçülərin qohumları və bütün Ukrayna onları şərəflə dəfn edə biləcəklər”.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.