Azərbaycanlıların adları marsda
7 views
Latest news
NASA-nın başlatdığı layihə dünyada böyük marağa səbəb olub. Belə ki, 2020-ci ildə Marsa yola salınacaq kosmik gəmidəki çiplərə adlar yazılaraq Marsa göndəriləcək. Həmin şəxslərə NASA-nın xüsusi xatirə bileti də təqdim olunacaq. Adları Qırmızı Planetə göndəriləcək insanlar arasında azərbaycanlılar da var. Bu missiya bizim də diqqətimizi cəlb etdi və belə qərara gəldik ki, NASA ilə əlaqə saxlayıb daha ətraflı məlumat alaq. Müsahibimiz NASA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Duveyn Braundur. O, bizə NASA-nın yeni layihəsi barədə ətraflı məlumat verməklə yanaşı, həm də Amerika Kosmik Agentliyinin dünyaya səs salan AY və Mars Missiyaları barədə də danışdı:
Bu missiyanının əhəmiyyəti isnanları Marsa aparmaqdır. Bu, bütün nəsilləri, xüsusilə, gənc tələbələri ulduzları araşdırmağa və Marsda elmi-texnologiya mühəndisliyi sahəsinə yönəlməyə ruhlandıran bir layihədir.
Marsa adlarını və soyadlarını yollamaq üçün insanlar nasanın saytında xüsusi bölməni doldurmalıdırlar. Bu missiya gələn il yazda tamamlanacaq. Lakin hələ daha çox adlar qəbul etmək üçün vaxtımız var. Bu vaxta kimi dünyadan bizə 5 milyondan çox ad daxil olub. Bu missiya yalnız insanların ad və soy adlarının Marsa göndərilməsini nəzərdə tutur, insanların özlərinin yox.
Hazırda bizdə proqram mövcuddur və o proqram əsasında NASA ilk öncə Aya insanlı missiya göndərəcək. 2024-cü ildə bir qadın və bir kişini Aya göndərməyi planlaşdırırıq. Ayda baza stansiyası yaradacağıq. Bu bazaları yaratmaqla, Ayda insanın daimi mövcudiyyətini təmin etdikdən sonra bu məkanı Marsa və ondan da uzağa səyahət yolunda dayancaq kimi istifadə edəcəyik.
Marsa səyahət edə bilmək isə hələ uzun illər sonra mümkün ola bilər. İnsanın aya yenidən səyahətini isə 2024-cü ildə həyata keçirməyi planlaşdırırıq. Buna hələ 4 il var. Marsa səyahət isə 10 il və ya bir qədər daha uzun müddət ərzində mümkün ola bilər.
2020-ci ilə nəzərdə tutulan missiya çərçivəsində isə sadəcə insanların adları Marsa göndəriləcək. Bunun üçün bilet almaq lazımdır. Bu bileti çərçivəyə salıb masanın üzərində qoya və suvenir kimi saxlaya bilərsiz.
Bu missiya beynəlxalq missiyadır. Əlbəttə ki, NASA dövlət agentliyidir. Və dövlət NASAnın missiyalarına vəsait ayırır. Həm də bu beynəlxalq missiyadır və bizim çoxlu partnyorlarımız var. Bu missiya təkcə NASA-nın missiyası deyil, həm də bəşəriyyətin missiyasıdır.
Qırmızı planetə öz adını göndərmək istəyənlər qurumun saytındakı xüsusi online ərizəni doldurmalıdırlar. Duveyn Braun deyir ki, sözügedən təşəbbüs NASA-nın proqramına diqqət çəkməklə yanaşı, həm də qırmızı planetdə keçmişdə insanın yaşayıb-yaşamadığına dair sübutlar axtarmaq, iqlim və geoloji proseslər öyrənməkdir. "Marsa tarixi missiyanın buraxılışına hazırlaşarkən istəyirik ki, hər kəs bu səyahətdə iştirak etsin" deyə NASA-nın rəsmisi bildirib.
NASA adlarını Marsa göndərmək istəyənlərin ölkələr üzrə sayını da açıqlayıb. Ümumilikdə dünyadan 5, 079,944 nəfər adını qonşu planetə yollamaq üçün ərizə doldurub. Layihəyə ən çox maraq 2 milyondan çox insan ilə Türkiyədən olub. İlk üçlükdə Hindistan və ABŞ var. İyirmi doqquzuncu yerdə qərarlaşan Azərbaycandan isə 18,694 nəfər ərizə doldurub.

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.