Azərbaycanın Mİ-17 helikopteri iş başında
26 views
Latest news
Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin üzvü, kapitan Nurlan Abbasov günlərdir ki, Türkiyədə meşə yanğınları ilə havadan mübarizə aparır.
Nurlan hər uçuşdan öncə helikopterin havaya qalxmasında yarana biləcək problemlərin qarşısını ala bilmək üçün yoxlama aparır.
Bütün göstəricilər standartlara uyğun olduğu zaman helikopter onu idarə edənlərə təhvil verilir.
Ərazi çətin relyefə sahibdir.
Ona görə də helikopter havadaykən ən xırda detala qədər fikir verilir. Çünki qatı tüstü və qızmar günəşin dəniz, göl suyundan yaratdığı buxar görmə məsafəsini də azaldır.
Helikopterdə Türkiyə Kənd Təsərüfatı və Meşəçilik Nazirliyinin əməkdaşı çalışır. Əsas vəzifəsi yanğın nöqtələrinin hər an yenilənən koordinatlarını pilotlara təqdim etməkdir.
Yanğın nöqtələri həm koordinatlarla, həm də baxışla müəyyən edilir.
Bəzən ən təhlükəli manevrlərlə helikopteri yanan əraziyə yaxınlaşdırıb suyu alovun üzərinə tökmək böyük risk tələb edir. Kapitan Zaur Hüseynov deyir ki, bunun üçün bütün qurumlarla əlaqəli şəkildə işlənilir.
Qeyd edim ki, Türkiyədə bir neçə gündür davam edən meşə yanğınlarıyla mübarizəsinə Azərbaycanın Amfibiya təyyarəsi də qatilib.
REAL, Türkiyə

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.