EN
Upload video

Azərbaycan UNESCO-ya müraciət ünvanlayıb

22 views Latest news
Qeyri-Hökumət Təşkilatının rəhbərləri Azərbaycan xalqının Ermənistan ərazisindəki irsinə qarşı rəsmi İrəvanın həyata keçirdiyi mədəni soyqırımla bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıb.

Bildirlib ki, xalqımızın yüz illər tarixə malik Ermənistan ərazisindəki mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşib. Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycanın mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. qədim toponimlərin erməni adları ilə əvəzlənməsi həyata keçirilib.

300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Qeyd olunub ki, Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbristanlıqları kimi 500-dən çox qəbristanlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb.

Müraciətdə Azərbaycan xalqının çoxəsrli tarixi və mədəni irsinin hazırki vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsi istənilir. Bildirilir ki, təəssüf ki, öz məkrli və qanunazidd əməllərini gizli saxlamaq üçün Ermənistan belə bir missiyanın həyata keçirilməsinə qarşı çıxıb.Müraciətin sonunda Ermənistan tərəfindən mənimsənilmiş bir sıra maddi daşınmaz mədəni irsin siyahısı da təqdim olunub.

REAL

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.