AXC-nin süqutundan 100 il keçir
19 views
Latest news
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 100 il ötür. 23 ay ömür sürən demokratik respublika xalqımızın müstəqillik arzusunun və əzminin bəhrəsi idi. İndiki müstəqil dövlətimiz də Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab olunur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın müstəqillik əzmini qıra bilmədi. Bunu Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salarkən deyib. Onun sözlərinə görə, 28 may günü Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılıb. İndiki müstəqil dövlətimiz də Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab olunur. Lakin 23 ay sonra rus-bolşevik qoşunları Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratdı. Bu, 70 illik müstəmləkəçilik siyasətinin başlanğıcı idi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızı sındıra və müstəqillik əzmini qıra bilmədi. 1991-ci ildəAzərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.