EN
Upload video

Avropa Məhkəməsi qərar verdi

356 views Latest news
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib. APA TV xəbər verir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, 12 oktyabr 2022-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işdə müvəqqəti tədbirlərin alınması ilə bağlı Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsi barədə Ermənistanın tələbi ilə bağlı qərar verib. Həmin Məhkəmənin ötən ilin dekabrındakı qərarına dəyişikliklə bağlı Ermənistan tərəfinin müraciəti 16 sentyabr 2022-ci ildə Reyestrdə qeydə alınıb: “Məcburi qüvvəyə malik olan 12 oktyabr 2022-ci il tarixli qərarında Məhkəmə “2022-ci ilin sentyabrında tərəflər arasında baş vermiş hərbi əməliyyatlar və erməni hərbi qulluqçuların saxlanılması Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsinə əsas verən vəziyyət yaratmır”, - deyə məlumatda bildirilib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.