Astarada sitrus bağlarında zərərvericilər yayılıb
951 views
Latest news
Astarada sitrus bağlarına zərərvericilər yayılıb. Bunun öhdəsindən gələ bilməyən fermerlər müvafiq qurumlardan kömək istəyiblər. Minalayıcı sitrus gübrəsi, sitrus ağ qanadlısı, qırmızı sitrus gənəciyi kimi müxtəlifzərərvericilər siturbağlarına yayılıb. Zərərvericilər əsasən naringi, limon, portağal, kinkan bağlarına yayılıb. Bunlardan təzə pöhrələrə, yarpaqlara daxil olub xlorofilini dağıdan, meyvənin inkişafına ziyan verənlər də var. Zərərvericilər əsasən sitrus bitkisinin şirəsini sovurmaqla məhsuldarlığa 20-25% ziyan vururlar. Meyvə ağaclarına ziyan verən xəstəlikdən narahat olan fermerlər yaranmış vəziyyətlə əlaqədar aidiyyati qurumlara məlumat veriblər. Astara Rayon Bitki Mühafizəsi Mərkəzi ilə Aqrar Xidmətlər Agentliyi tərəfindən bağlar nəzarətə götürülüb və dərhal müalicə tədbirləri aparılıb. Astara Rayon Bitki Mühafizəsi Mərkəzinin rəsmisi onu da bildirdi ki, mütəmadi olaraq zərərvericilərə qarşı müvafiq tədbirlər aparılır və təsərrüfatında oxşar problemlərlə rastlaşanlar quruma müraciət edə bilərlər, onlara lazımi köməklik göstəriləcək.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.