EN
Upload video

Allahşükür Paşazadə sessiyada çıxış etdi

49 views Latest news
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının növbədənkənar sessiyasında iştirak edib. Onlayn toplantının gündəmində duran əsas məsələ qurum adından bəyanatların verilməsi üçün meyarların müəyyən edilməsi olub.

Beynəlxalq Mərkəzin bəyanat meyarlarının diqqətlə nəzərdən keçirilməsini vacib kimi dəyərləndirən Şeyxülislam bildirdi ki, bununla bağlı Kommunikasiya departamentinin təkliflərini müsbət qarşılayıb.

KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Əsasnaməsində siyasətə qarışmamaq barədə müddəanı xatırladan Bütün Qafqazın Şeyxi qeyd etdi ki, baş verən hər hansı zorakılıq hallarında qətl edilən uşaqlar, qocalar varsa, bu siyasi məsələdir və dinə aidiyyatı yoxdur demək, laqeydliklə susmaq düzgün olmaz.

Bu əsnada çıxış edən Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen ölkəsində olan erməni din xadimlərinin ona müraciət edərək, işğaldan azad olunmuş Azərbaycan torpaqlarında guya erməni dini abidələrinin dağıdılması barədə məlumatlar verməsi və buna dair bəyanat verməyə təhrik etdiklərini onlayn sessiya iştirakçılarının diqqətinə çatdırdı. Rosen Direktorlar Şurasında həmkarı olan Şeyxülislam A. Paşazadənin KAICIID tribunasından etdiyi mütəmadi çıxışlardan Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində 67 məsciddən 65-nin, 2 pravoslav kilsəsinin və sinaqoqların dağıdılıb təhqir olunması barədə məlumatlara malik olduğunu bildirdi.

Şeyxülislam A. Paşazadə, öz növbəsində, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru belə bir prinsipial yanaşmasına görə Azərbaycan xalqı adından ona təşəkkür edib.

REAL

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.