Ali Radanın nümayəndələri Bakıya gəlib
7 views
Latest news
Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri oktyabrın 16-da Fəxri və Şəhidlər Xiyabanlarını ziyarət edib.
Əvvəlcə Fəxri Xiyabana gələn nümayəndə heyəti Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.
Nümayəndə heyəti, həmçinin Şəhidlər Xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.