EN
Upload video
Ağ Ev Polşa görüşü ilə bağlı açıqlama yayıb

This video cannot be played right now.

Ağ Ev Polşa görüşü ilə bağlı açıqlama yayıb

186 views Latest news
ABŞ Prezidenti Co Bayden Polşada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikovla görüşdə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi perspektivlərini müzakirə edib.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Ev açıqlayıb.

"Tərəflər Ukraynaya öz ərazilərini müdafiə etməkdə yardımın göstərilməsi ilə bağlı gələcək səyləri müzakirə ediblər. Onlar, həmçinin, Rusiyanın qəddar təcavüzünə görə ölkə Prezidenti Vladimir Putinin məsuliyyətə cəlb edilməsi üçün ABŞ-ın cari fəaliyyətləri ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, görüş zamanı Ukrayna tərəfi ABŞ rəsmilərini Ukraynadakı hərbi, diplomatik və humanitar vəziyyət barədə məlumatlandırıblar.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov da öz növbəsində rəsmi tviter hesabında görüş barədə paylaşım edib. Onun sözlərinə görə, tərəflər görüş zamanı Ukrayna ordusunun təcili ehtiyaclarını müzakirə ediblər. Nazir bildirib ki, Co Bayden görüşdə Ukraynanın bütün dünyanı ilhamlandırdığını qeyd edib.

Qeyd edək ki, bu gün Polşanın paytaxtı Varşava şəhərində ABŞ Prezidenti Co Bayden, ABŞ Dövlət katibi Entoni Blinken, ölkənin müdafiə naziri Lloyd Ostin, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov arasında görüş keçirilib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.