Abşeronda quldur dəstəsi ifşa edildi
32 views
Latest news
Abşeronda 15 mənzildən oğurluq edən dəstə ifşa olunub. Xezerxeber.az-ın məlumatına görə, Balakən rayonu, Şambul kənd sakini 43 yaşlı Sərdar Bəyoğluyev, tanışları 40 yaşlı Bakı sakini Rövşən Abdullayev və 48 yaşlı Ağdam sakini Soltan Məmmədovla qabaqcadan əlbir olaraq Abşeron rayonu, Masazır kəndində bir mənzildən oğurluq ediblər. Məlum olub ki, Sərdar Bəyoğluyev Soltan Məmmədovla əvvəllər də evlərə giriblər. Onlar ümumilikdə 15 evdən oğurluq ediblər. Saxlanan şəxslər mənzillərdən məişət və elektrik avadanlıqları, su motoru, televizor və təmir-tikinti alətləri aparıblar. Rövşən Abdullayev oğurluq yolu ilə əldə etdiyi televizoru satmaq istəyərkən ələ keçib. Elə hadisənin üstü də bundan sonra açılıb. Abşeronda daha bir ogurluq faktının üstü açılıb. Hökməli qəsəbəsində Elbrus Məmmədova məxsus nəqliyyat vasitəsi qaçırılıb. Avtomobilin sahibi bu barədə polisə məlumat verdikdən sonra avtomobilin Suraxanı rayonunun ərazisində olduğu müəyyən edilib. Keçirilmiş əməliyyat nəticəsində həmin nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri - Tahir Atakişiyev və Heydər Əkbərov tutularaq məsuliyyətə cəlb olunublar. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər Abşeron rayonundan başqa paytaxt ərazisində də 4 nəqliyyat vasitəsini oğurlayıblar. Bütün faktlarla bağlı araşdırmalar davam etdirilir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.