ABŞ bayrağa Allahın adını əlavə edir
13 views
Latest news
"Şeytan məbədi" dini təşkilatı Missisipi ştatını yeni bayrağa "Allaha güvənirik" (In God We Trust) ifadəsini əlavə etmək qərarına görə məhkəməyə vermək niyyətindədir. BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "The Hill" yazır. Təşkilat nümayəndələri konfederatların rəmzləri olan dövlət bayrağının dəyişdirilməsi qərarını ümumilikdə müsbət qarşıladıqlarını qeyd edirlər. Lakin onlar hesab edirlər ki, yeni bayraqda Allahın adı çəkiləcəksə, şeytanın da adı olmalıdır. Xatırladaq ki, daha öncə ABŞ-ın Mississippi ştatının qubernatoru Teyt Rivz bayrağın dəyişdirilməsi barədə qanun imzalayıb. Bu qərara səbəb 1894-cü ildən bayraqda mövcud olan konfederat simvoludur.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.