EN
Upload video

ABŞ Azərbaycanla Ermənistana çağırış etdi

7 views Latest news
"Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyə doğru inkişafına sadiq qalırıq”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə REAL TV-nin sualını cavablandırarkən deyib.

Natiq Nailəoğlu: Rusiya və Fransa həmsədrlərini ATƏT-in Minsk Qrupundan uzaqlaşdırıblar. Eyni addımı Amerika Birləşmiş Ştatları nə vaxt atacaq? və Amerika Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına necə töhfə verə bilər?

Ned Prays: Keçən həftə bu barədə bir az danışdıq. Dövlət katibi Blinkenin bir neçə həftə əvvəl müvafiq olaraq Ermənistan və Azərbaycan liderləri ilə danışmaq imkanı olub. Biz cənub Qafqaz bölgəsi üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq qalırıq. Təbii ki, biz Ermənistan və Azərbaycanı diplomatik əlaqələrini intensivləşdirməyə davam etməyə və Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli üçün mövcud birbaşa əlaqə mexanizmlərindən istifadə edərək, hərtərəfli sülh müqaviləsinə dair danışıqların yekunlaşdırılması yolu ilə münasibətlərini normallaşdırmağa çağırırıq. Bizim bu məsələdəki rolumuza gəldikdə, biz ATƏT-in Minsk qrupunun həmsədri kimi özümüz də daxil olmaqla, Ermənistana və Azərbaycana bu səylərdə kömək etməyə hazırıq. Mövcud mexanizmlərdən danışanda, təbii ki, Minsk qrupu da onların bir hissəsidir.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.