EN
Upload video

9 fevralın havası

189 views Latest news
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 10-da Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.





Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1-3° isti olacaq. Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacaq.



Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq. Yolların buz bağlama ehtimalı var.



Sabah Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.