EN
Upload video

70 gündür komada olan qazimiz

1 607 views Latest news
Vətən müharibəsinə qədər onu İnstaqram hesabından 687 nəfər izləyirdi. Vətəni, ailəsi, övladları ilə bağlı maraqlı paylaşımları ilə diqqət çəkirdi… İndi isə minlərlə insan onun üçün dualar edir, tezliklə əvvəlki normal həyatına dönməsini arzulayır. Nurlan Fərrux oğlu Əbilov adlı qazimizdir haqqında bəhs etdiyimiz insan… Şən, gülərüz, mehriban, qayğıkeş, həm də olduqca vətənpərvər və qəhrəman Nurlan…

O, 1994-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. 2017-ci ilin aprel ayından 2018-ci ilin oktyabr ayına qədər Şəmkirdəki N saylı hərbi hissədə Sərhəd Qoşunlarının tərkibində xidmət edib. Hərbi xidməti dövründə fəxri fərman və diplomlarla təltif edilən Nurlan sentyabrın 21-də II Qarabağ müharibəsi başlamazdan əvvəl ordu sıralarına cəlb edilib. Oktyabrın 8-də Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən şiddətli döyüşlər zamanı baş nahiyəsindən yaralanıb. Həmin vaxtdan etibarən 4 xəstəxanada müalicə alan qazimiz hazırda Mərkəzi Hərbi Klinik Hospitalda (Papanin) yerləşdirilib. 70 gündən çoxdur koma vəziyyətində olan Nurlanın səhhətində hələ də ciddi irəliləyiş yoxdur.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.