EN
Upload video
7 iyul: TƏBİB son dəqiqə xəbəri yaydı

This video cannot be played right now.

7 iyul: TƏBİB son dəqiqə xəbəri yaydı

962 views Latest news
Azərbaycanda koronavirusla bağlı 7 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Sfera.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 7102 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 529 min 875-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 334, süni tənəffüs cihazında olan xəstə sayı 60-dır.

Hazırkı dövrədək ölkəmizdə 21 min 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 12 min 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib. Aktiv xəstə sayı 8474 nəfərdir.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.