EN
Upload video

2 milyonluq saatı oğurlanan nazir oğlu kimdir?

45 views Latest news
İspaniyanın İbiza adasında istirahət edən 22 yaşlı azərbaycanlı turist qarət olunub. Onun 1 milyon 150 min avro (təxminən 2 milyon 200 min manat) dəyərində saatı oğurlanıb. Bu barədə Böyük Britaniyanın "Daily Mail" qəzeti məlumat yayıb.



Sonxeber.az bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə gündüz saatlarında dəniz sahilində baş verib. Həmin vaxt saatın sahibi sahildə gəzirmiş. Cinayətkar öncə ona bir neçə zərbə endirib, daha sonra "Richard Mille 50-03 McLaren F1" markalı saatı götürüb qaçıb.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.