150 saat sonra ana və oğlu sağ çıxarılıb
8 views
Latest news
Hatayın Antakya bölgəsində dağıntılar altından 9 yaşlı Ömər və anası sağ çıxarıldı.
Hündürmərtəbəli binanın tamamilə çökməsi nəticəsində onlarla şəxs ölü olaraq çıxarılsa da, sağ qalanların xilas edilməsi üçün mübarizə davam edir.
Eyni binadan gecə saatlarında REAL TV-nin Türkiyə bürosunun da şahidlik etdiyi əməliyyatda daha bir şəxs, 18 yaşlı suriyalı Ferah adlı qız da çıxarıldı.
Zəlzələdən bir həftə keçməsinə baxmayaraq, xilasedicilər binalardaki sakinlərə səslənərək sağ qalanların olub-olmadığını aydınlaşdırır. Antakyada suriya əsilli sakinlərin dil problemi olduğu üçün, dağıntılar altındaki insanlarla ünsiyyət qurmaqda çətinlik yaranır. Bu səbəbdən, zəlzələ bölgəsinə gələn könüllü tərcüməçilərin əməyi danılmazdır.
Hatayda dağıntılar altında axtarışlar ciddi səylə aparılır. Dərinliklərə endirilən xüsusi qurğu və itlər sayəsində sağ və ya ölü olan insanların yeri müəyyənləşdirilir. Qeyd edək ki, 2010-cu ilin yanvarında Haitidə 220.000-dən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra bir kişi qarət edilmiş mağazanın dağıntılarından 12, bir nəfər isə 27 gün sonra sağ çıxarılıb.
REAL

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.