EN
Upload video

Məşhur reper fanatını döydü

4 views Music & entertainment
Məşhur reper Kanye Uest fanatına xəsarət yetirib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb pərəstişkarının ondan avtoqraf istəməsi olub. Hadisə Los-Ancelesin mərkəzindəki Soho Uest klubunun yaxınlığında yaşanıb. Həmin anın videosu da yayılıb. Görüntüdə reperin qadının üstünə qışqırdığı açıq-aşkar görünüb.

Bildirilib ki, Kanyenin əsəbləşməsinə səbəb qadının ondan avtoqraf almaq istəməsi və icazəsiz fotosunu çəkmək istəməsi olub. Hadisə şahidləri qeyd edib ki, musiqiçi qadını baş və boyun hissəsindən vurub. Həmin şəxs yerə yıxılıb və zərbə alıb.

Videoda isə Uestin "Məndən uzaq dur" deyə, qışqırdığı görülüb. Polis faktla bağlı araşdırmaya başlayıb.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.