Azərbaycanda bir ilk
59 views
Interesting
Ölkədə ilk dəfə yerli istehsal olan tüksüz pambıq toxumunun səpininə başlanıb. Xezerxeber.az-ın məlumatına görə, Bərdədə təcrübə məqsədilə səpilən toxumlardan ilk çıxış da alınıb. Bərdədə bu günədək 300 hektar sahədə tüksüz toxum səpilib və bitiş alınıb. 110 hektar ərazidə isə toxumçuluq sahəsi yaradılıb. Bu toxumlar effektli olsa, yeni sahələr yaradılacaq və xarici ölkələrdən toxum gətirməyə ehtiyac olmayacaq. Qeyd edək ki, Ucardakı zavodda emal olunan tüksüz çiyidin qiyməti xaricdən alınan toxumlardan xeyli ucuzdur. İndiyədək tüksüz toxum xarici ölkələrdən alınırdı. Bu ildən isə yerli istehsaldan istifadə edilir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.