EN
Upload video

Ağdamda möhtəşəm bayraq yürüşü

13 views Interesting
Ağdam rayonunda 9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günü münasibəti ilə "Bayraq yürüşü" keçirilir.



Publika.az xəbər verir ki, aksiya Təhsil və Müdafiə Nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.



Yürüş Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Təhsil Şöbəsinin önündən başlayıb və Bayraq meydanına qədər davam edəcək.



Aksiyanın keçirilməsində əsas məqsəd milli atributların təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.



Yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin əməkdaşları, deputatlar, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak edirlər.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.