Sneyder milli karyerasını başa vurdu
4 views
Sports
Uesli Sneyder Hollandiya millisindəki çıxışını başa vurub.Milli.Az xəbər verir ki, Peruya qarşı keçirilən yoxlama görüşü (2:1) Sneyder üçün narıncı formada sonuncu olub. Meydana start heyətində çıxan 34 yaşlı futbolçu 62-ci dəqiqədə əvəzlənib. Qeyd edək ki, Sneyder Hollandiya yığmasında 2003-cü ildə debüt edib. O, yığmanın heyətində 2010-cu ildə dünya çempionatının gümüş, 4 il sonra isə bürünc medalını qazanıb. Əlavə edək ki, millidə 134 oyuna çıxan Sneyder 31 qol vurub.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.