Neymar: "Hərdən yalandan yerə yıxılıram"
25 views
Sports
Neymar tez-tez simulyasiya etdiyinə görə özünə qarşı yönələn tənqidlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu hərdən bilərəkdən yerə yıxıldığını etiraf edib:
"Siz düşünə bilərsiniz ki, mən simulyasiya edirəm. Hərdən yalandan yerə yıxılıram. Amma həqiqətən meydanda çox əziyyət çəkirəm. Bəzən bütün dünyanı heyətləndirən, bəzən də zəhlətökən oyun üslubunda çıxış edirəm. Fikirləşə bilərsiniz ki, mən tez-tez yıxılıram. Amma belə deyil.
Sanki hərdən özümdən uzaqlaşıram. Bu isə topuq əməliyyatından sonra addım atmaqdan da çətindir. Uzun illər sizin tənqidlərinizi qəbul etmişəm. Aynaya baxıb yeni insan olduğumu görməyimin üstündən xeyli vaxt keçib. Bilin ki, yalnız yıxılanlar sonradan ayağa qalxa bilirlər".
Qeyd edək ki, Neymar Dünya Çempionatında tez-tez yerı yıxılması ilə gündəm olmuşdu.

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.