EN
Upload video

L.Hamilton qəza törədib

3 views Sports
Ferrari pilotu Şarl Lekler Kanada qran-prisi öncəsi keçirilmiş 2-ci sərbəst yürüşdə ən yaxşı nəticəyə imza atıb.



Leklerin ən sürətli dövrəsi 1 dəqiqə 12, 177 saniyəyə bərabər olub. Onun komanda yoldaşı Sebastyan Fettel ikinci yerdə qərarlaşıb.



Mersedesin finlandiyalı sürücüsü valteri Bottas ən sürətli üçlüyü tamamlayıb. Azərbaycan qran-prisinin qalibi liderdən



0,134 saniyə geri qalıb. 8-ci dövrədə qəza törətmiş Luis Hamilton test yürüşünü 6-cı yerdə başa vurub.



Döngəyə girişdə səhvə yol verən hamiltonun bolidi yararsız vəziyyətə düşüb.



Qeyd edək ki, Hamilton İlk sərbəst yürüşdə bütün rəqiblərini qabaqlamışdı.



Görünən odur ki, Lekler nümayiş etdirdiyi sürətlə Hamiltonu riskə təhrik edir.



Ümumi sıralamadakı liderliyinə arxayınlaşmaq istəməyən Luis Monrealda da birinci olmaq niyyətindədir.



Proqnozlara görə Vilnöv trasında təsnifat mərhələsi məhz bu 4 pilotun mübarizəsi ilə yadda qalacaq.



Liderlərə başağrısı ola biləcək yeganə pilot isə Maks Ferstappendir.



Sürpriz baş verməsə Şimali amerika sakinlərini Mesedes və Ferrarinin amansız rəqabəti gözləyir.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.