EN
Upload video

Güləşçilərimiz vətənə döndü

10 views Sports
Sərbəst güləşçilərimiz Avropa çempionatından qayıdıb

Rumıniyada keçirilmiş Avropa çempionatında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmış sərbəst güləşçilərimiz Vətənə qayıdıb.



Qitə miqyaslı yarışda 3-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmış Hacı Əliyevin növbəti hədəfi Olimpiya oyunlarında qızıl medal qazanmaqdır.



Qeyd edək ki, Avropa çempionatında Hacı Əliyevlə yanaşı Cəbrayıl Həsənov və Şərif Şərifov da bütün rəqiblərinə qalib gələrək ali mükafata yiyələnib. Təmsilçilərimizdən Ağahüseyn Mustafayev yalnız finalda uduzaraq gümüş medala yiyələnib. Mahir Əmiraslanovla, Nurməhəmməd Hacıyev qitə miqyaslı yarışı üçüncü pillədəd başa vurub. Nəticədə sərbəst güləşçilərdən ibarət yığmamız komanda hesabında 3-cü olub. Birinci yerdə isə Rusiya təmsilçiləri qərarlaşıblar.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.