9 oyuna 5 məğlubiyyət
3 views
Sports
Fransada “Grand Chess Tour 2019” seriyasına start verilib. Parisdə təşkil olunan yarışın üçüncü mərhələdə blitz turnirinin 9 turunun oyunları keçirilib.
Yarışdakı təmsilçimiz Şəhriyar Məmmədyarov ilk dövrədə 3 xal yarım toplayıb.
Hindistanlı Vişvanatan Anand, rusiyalı Yan Nepomnyaşi və Aniş Qirini mat qoyan şahmatçımız daha bir rusiyalı Daniil Dubovla sülh bağlayıb.
Lakin qrossmeysterimiz digər 5 oyunu məğlubiyyətlə bitirib. Hollandiyalı Aniş Giri, polşalı Kriştov Duda, fransalı Maksim Vaşye Laqrav və ABŞ təmsilçiləri Fabiano Karuna ilə Hikaru Nakamura Şəhriyara qalib gəlib.
Şahmatçımız bu gün adı çəkilən rəqibləri ilə 2-ci dəfə üz-üzə gələcək.
Xatırladaq ki, şahmatçımız bundan əvvəl reallaşan turnirin üçüncü mərhələsi çərçivəsində keçirilən rapid yarışında 7 xal toplayıb

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.