EN
Upload video

Zaqatalada ev yanıb kül oldu

51 views Incidents
Zaqatala rayonunda yanğın baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Aşağı Tala kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Cəriyyət Yaqubovaya məxsus həyətyanı sahədə yerləşən yardımçı tikili yanıb. Nəticədə tikilinin içində olan əşyalar, o cümlədən qış tədarükü üçün hazırlanan ərzaqlar tamamilə yanıb.
C.Yaqubova hadisə yerinə çağrılan yanğın söndürənlərin gec gəlməsindən narazılığını bildirib. O deyib ki, əgər yanğınsöndürənlər vaxtında gəlsəydilər tikilinin tamamilə yanmasının qarşısını almaq olardı.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.