Yaxtada partlayış baş verdi
560 views
Incidents
İtaliyada yaxtada baş verən partlayışın görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə ada limanı Ponzada qeydə alınıb. Kadrlarda, qadın turist olduğu yaxtanın yanacaq çəninə, kiçik gəmilər üçün xüsusi hazırlanmış yanacaqdoldurma məntəqəsinin platformasına yaxınlaşdığı və orada işləyən işçinin verdiyi şlanqla benzin vurduğu görülür. Çən dolduqdan sonra isə, qadın şlanqı çəkir və işçiyə vermək istəyərkən partlayış olur. Zərbənin təsirindən qadın və işçi suya düşür. Ardınca da daha iki nəfər özünü gəmidən kənara atır. Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Namiq Musayev
Namiq Musayev
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.