EN
Upload video

Türkiyədə dəhşətli hadisə

1 872 views Incidents
Türkiyənin Adana şəhərində karantin qaydalarını pozan suriyalı Əli adlı gənc polis tərəfindən ürəyindən vurularaq öldürüldü. Yenilik.az Türkiyə mediasına istinadən xəbər verir ki, əvvəlcə hakimiyyətə yaxın media xəbəri təhrif edərək guya bir gəncin ayağından vurulduğu kimi təqdim etsə də, sonradan sosial şəbəkələrdə həqiqət olduğu kimi yayılıb. Bundan sonra cinayəti işləyən polis işdən azad edilərək göz altına alınıb, istintaq başlanıb. Öldürülən gəncin 19 yaşı olduğu və bu səbəbdən çölə çıxmaq izninin olmadığı, lakin həmin gün işləmək məcburiyyətində olduğu bildirilir./Yenilik.az

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.