Taleh Boradigahi döyülüb?
147 views
Incidents
Seyyid Taleh Boradigahi kimi tanınan mərsiyəxan Taleh Əsədov Moskvada döyülməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirib.
Yenilik.az xəbər verir ki, bu barədə öz feysbuk hesabında paylaşım edən mərsiyəxan yazıb ki, “Dünən Moskvada bir dəstə əlisilahlı naməlum şəxslər çıxış edəcəyim məscidə qarşısına gələrək, mənim İmam Əlinin (ə) mövlud günündə iştirakıma mane olmaq istəyiblər. Mən gəlib məscidə daxil olmaq istəyəndə həmin əli silahlı dəstə qarşıma çıxıb içəri keçməyə mane oldular. Bu zaman hadisə yerinə gələn Moskva polisinin və dəyərli qardaşlarımın sayəsində əli silahlı dəstənin niyyəti baş tutmadı”.
Tale Əsədov əlavə edib ki, "Məclisdən çıxandan sonra həmin bədniyyətli adamlar tərəfindən sosial şəbəkələrdə yalan məlumatlar paylaşdıqlarını gördüm. Guya ki, Seyyid Talehi döyüblər, ona silahla hədə-qorxu gəliblər, məscidə daxil olmağa imkan verməyiblər, məclisdə oxumağa qoymayıblar və s.
Dəyərli dostlar! Belə yalanlara inanmayın. Allah və dostlarım şahiddir ki, mənə orada bir nəfərin barmağı belə toxunmayıb. Paylaşdığım videodan da göründüyü kimi, İmam Əlinin (ə) mövlud gününə həsr olunmuş məclisimiz çox möhtəşəm şəkildə keçirildi.
Dostlar. Həmin naməlum şəxslərin əslində kimliyi məlumdur. Onlar müqəddəs bayrağımıza, şəhidlərimizə, düşmən üzərindəki möhtəşəm qələbəmizə hörmət qoymayan məxluqlardır. Kimlər tərəfindənsə idarə olan bu adamlarda vətən, şəhid, torpağ anlayışı yoxdur. Ona görə də düşmən qüvvələrə qarşı milli birlik, güclü vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.
Qeyd etməyi özümə borc bilirəm ki, xalqımız dövlət başçısının sosial-iqtisadi və hərbi müdafiə siyasətini, dövlətin təhlükəsizliyinə, qüdrətinin artırılmasına, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına, sağlamlığının mühafizəsinə yönəldilmiş islahatlar xəttini hər birimiz ürəkdən bəyənir və ciddi şəkildə dəstəkləyirik. Allah sizləri qorusun!"

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.