EN
Upload video

Şahdağda faciə: ölən var

255 views Incidents
Qusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb.



BiG.AZ trend-ə istinadən xəbər verir ki, hadisə Qusar rayonu ərazisindəki "Şahdağ" Qış-Yay Turizm Kompleksindəki hoteldə qeydə alınıb.



1966-cı il təvəllüdlü Gök Mehmet Reşid oğlu yanvarın 2-də saat 15 radələrində həyat yoldaşı və dostu ilə hoteldə nahar edərkən qəfil halı pisləşib və dünyasını dəyişib.



Araşdırmalar zamanı məlum olub ki, Gök Mehmet Reşid oğlu ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.



Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.