EN
Upload video

Rusiyada daha bir hücum olub

598 views Incidents
Sankt-Peterburqda qiymətlərdən narazı qalan sürücü təkər təmiri sexində qaz tapançasından atəş açıb.




Oxu24.com xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə martın 27-də Qrajdanski prospektində baş verib.



Sankt-Peterburqda qiymətlərdən narazı olan şəxs təkər mağazasına atəş açıb
“53 yaşlı təkər xidməti müştərisi ona göstərilən xidmətlərin qiymətindən narazı qalaraq qaz tapançasından atəş açıb”, - deyə polis bildirib.



Həmin şəxs hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb.



Hadisə nəticəsində xəsarət alan olmayıb.



Polis araşdırma aparır, hadisənin baş vermə şəraiti aydınlaşdırılır.



Nigar

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.