EN
Upload video

Rusiya DİN binasında yanğın

8 views Incidents
Rusiyanın Moskva şəhərində Jıtnaya küçəsində Daxili İşlər Nazirliyinin altıncı mərtəbəsində yanğın olub.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Məlumata görə, insanlar binadan təxliyə edilib.

Yanğın lokallaşdırılıb, binada avtomatik yanğınsöndürmə sistemi işə düşüb. Yanğın sahəsi 10 kv.m təşkil edib.

Sözügedən binada DİN-in İnzibati-təsərrüfat və nəqliyyat təminatının baş mərkəzi və Müqavilə-hüquq departamenti yerləşir.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.