Qubada bədbəxt hadisə
26 views
Incidents
Samur-Abşeron kanalına düşən övladını xilas etmək istəyən ana suda boğulub. Bədbəxt hadisə Qubanın Vəlvələ kəndində baş verib.
Belə ki, 13 yaşlı qız ehtiyatsızlıq nəticəsində kanala düşüb. Bunu görən anası qızını xilas etmək üçün özünü kanala atıb. Onların köməyinə bu hadisəni uzaqdan görən qadının həyat yoldaşı yetişib. Lakin qızın həyatını xilas etmək mümkün olsa da qadının sudan yalnız meyiti çıxarılıb.
Hadisə nəticəsində dünyasını dəyişən 34 yaşlı Diləfruz Mustafayevanın meyiti ailəsinə təhvil verilib. Onun qızı 13 yaşlı Lamiyə Mustafayeva isə müxtəlif bədən xəsarətləri ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Yerli sakinlər isə bildirir ki, son illər ərazidə oxşar hadisələr tez-tez baş verir. Bu səbəbdən də onlar ərazidən keçən kanalların mühafizə olunmasını tələb edirlər.
Çəkiliş zamanı əraziyə gələn Samur Abşeron Kanalı Vəlvələçay Hidroqovşağının əməkdaşı bildirdi ki, hadisəyə səbəb 13 yaşlı qızın ehtiyatsızlığı olub. O, həmçinin ərazinin mühafizə olunduğunu qeyd etdi.
Qeyd edək ki, hadisə nəticəsində həyatını itirən qadının həyat yoldaşı Asəf Mustafayev Samur Abşeron Kanalının Vəlvələçay Hidroqovşağında gözətçi işləyir. Hazırda faktla bağlı araşdırma aparılır.

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.